Dövlət Proqramı çərçivəsində 300 şagird yerlik Eynallı kənd tam orta məktəbinin açılışı
15 sentyabr 2014-cü il tarixdə 300 şagird yerlik Eynallı kənd tam orta məktəbinin yeni tədris binasının açılışı olmuşdur.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq yeni məktəb binasının tikilib istifadəyə verilməsi və Bilik günü münasibəti ilə kənd sakinlərini, müəllim və şagirdləri təbrik etdi. Bildirildi ki, yeni tikilib istifadəyə verilmiş məktəbdə müəllim və şagirdlər üçün lazım olan hər cür şərait yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında rayonda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, əaslı təmiri və yeni məktəb binalarının tikintisi işləri bundan sonra daha da sürətləndiriləcəkdir. Qeyd olundu ki, yaradılmış şərait gələcəkdə tədrisin keyfiyyətinin yüksəldilməsində və ali təhsil müəssisələrinə qəbul zamanı məzunların yüksək nəticələr qazanması istiqamətində təhsil işçilərinin üzərinə daha böyük məsuliyyət qoyur. Cənab Məhərrəm Quliyev dövlət tərəfindən təhsilə göstərilən yüksək diqqət və qayğıdan geniş danışdı.
Tədbirdə çıxış edən kənd ağsaqqalı Teyyub Hüseynov, məktəbin direktoru Mövsüm Paşayev və digərləri kənd sakinləri göstərilən bu böyük qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə hər kəs adından öz minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, cənab Prezidentin göstərdiyi ehdimadı doğrultmaq üçün bu təhsil ocağında yaradılmış yüksək şəraitdən yararlanaraq savadlı və ölkəmizə layiqli gənclərin yetişməsi üçün daha böyük səy göstəriləcəkdir.
Daha sonra Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev məktəbin açılışını ifadə edən rəmzi lenti kəsdi. Məktəbdə yaradılmış şəraitlə yaxından tanış olundu.