Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon İcra hakimiyyətində Şura iclası keçirildi.

17 sentyabr 2014 | 10:00

Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı yanında geniş tərkibdə Şura iclası keçirildi. Ağstafa Rayon İcra Hakimiyyətinin iclas salonunda keçirilən iclasda  rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri,  rayon İcra hakimiyyəti Aparatının şöbə müdirləri və  rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri iştirak etmişdir.
Şura iclasına sədrlik edən cənab Məhərrəm Quliyev müzakirəyə çıxarılan məsələlərin əhəmiyyəti barədə məlumat verdi.
Rayonun sosial-iqtisadi, ictimai-siyasi, dini və mədəni həyatının mühüm problemlərinin təhlil edilməsi, aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi haqda məsələ barəsində rayon İcra hakimiyyəti başçısının müavini A.Hacıyev, rayonda yeni dərs ilinə hazırlığın və orta məktəblərdə dərs bölgüsünün vəziyyəti, təhsil müəssisələrində əmək intizamı və dərsə davamiyyət sahəsinə tədbirlərin görülməsi və məktəbəqədər müəssisələrin işinin tənzimlənməsi barədə. məsələyə dair rayon İcra hakimiyyəti başçısının müavini L.Eyyubova, Rayonda baytarlıq xidmətinin vəziyyəti, heyvandarlıq sahəsində vaksinasiya və zoobaytar tədbirlərinin həyata keçirilməsi istiqamətində görülən işlər və rayonda  baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə uyğun ət kəsimi və satışı məntəqələrinin təşkili barədə eləcə də Rayonda kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təşkili, kənd təsərrüfatı məhsullarının tədarükü və emalı istiqamətində görülən işlər barədə rayon İcra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini R.İmanov, Sənədlərlə işə dair Təlimatın tələblərinə əməl olunması və vətəndaşların müraciətlərinə baxılması sahəsində Qarayazı qəsəbə, Muğanlı, Həsənsu və Tatlı kənd inzibati ərazi nümayəndəliklərinin fəaliyyəti haqqında məsələ barəsində Aparatın şöbə müdiri Ş.Qurbanov ətraflı çıxış etdilər.
Müzakirə olunan məsələlər barəsində müvafiq idarə və təşkilat rəhbərlərinin arayışı dinlənildi.
Şura iclasında yas mərasimlərinin sadə qaydada keçirilməsi ilə bağlı tövsiyələrin icra olunması məsələsinə də diqqətlə yanaşıldı. Qeyd olundu ki, bu tövsiyə əhali tərəfindən müsbət qarşılanır və artıq rayonda ehsan mərasimləri dəbdəbədən uzaq və sadə keçirilir. Tədbirin davamlı və uzunömürlü olması, yas mərasimlərində israfçılığın və dinimizə aid olmayan adətlərin aradan qaldırılması istiqamətində yerli hakimiyyət nümayəndələrinə və dini icma rəhbərlərinə tapşırıqlar verildi.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi.
Şura iclası işgüzar şəraitdə keçdi.

Keçidlər