Heydər Əliyev Mərkəzində aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir
Ağstafa şəhəri Heydər Əliyev Mərkəzində aparılan əsaslı təmir işləri başa çatmaq üzrədir. Mərkəzin fəaliyyətinə hər hansı məhdudiyyət qoymadan aparılan təmir işləri çərçivəsində binanın dam örtüyü tamamilə təzələnmiş, beton örtüklü yastı dam rubiroidlə örtülmüşdür. Binanın yan hissələrindəki təbii aşınmaya məruz qalan mərmər təbəqəsinin sökülərək müasir tipli metal-polimer üzlük materiallarla əvəz olunması işləri yekunlaşmaq üzrədir. Binanın fasadına yeni mərmər üzlük vurulması başa çatır. Mərkəzin zal və otaqları, foye və salonlarında, qarı və pəncərələrində cari təmir işləri aparılmışdır.
Mərkəzin ətrafındakı ağac və gül kollarına qulluq işləri mütəmadi davam etdirilir, yeni yaşıllıq zolaqları salınır.
Təmir bərpa işlərinin qısa zamanda başa çatdırılması nəzərdə tutulur.