Sel suyunun vurduğu zərər aradan qaldırılır.
Sentyabr ayının 23-ü gecə yağan güclü yağış nəticəsində Dağkəsəmən kəndinin şəxsi təsərrüfatlarına və yol infrastrukturuna müəyyən zərər dəymişdir. Sel suları kəndin mərkəzindən keçən Ağstafa - Qazax avtomobil yolunun kənarında lil və xır topaları yaratmış, su ötürücü arxlar məhvərindən çıxmışdır.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin sədrliyi ilə səhər saatlarında Fövqəladə hallar komissiyasının Dağkəsəmən kəndində iclası keçirilərək vəziyyət yerində öyrənilmişdir. Sonra bir sıra şəxsi evlərə və sel sularının daha ciddi ziyan vurduğu yerlərə baxış keçirilmişdir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin tapşırığına uyğun olaraq müvafiq texnika və digər zəruri vasitələr səfərbər edilərək sel sularının vurduğu zərərin aradan qaldırılmasına başlanılmışdır. Su ötürücü arxlar lildən təmizlənir və keçidlərə xır tökülür. Sel sularının vurduğu ziyanın aradan qaldırılması istiqamətində zəruri işlər davam etdirilir.