Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev siyasi məktəbini öyrənirik

26 sentyabr 2014 | 10:00

            26 sentyabr 2014-cü il tarixdə Ağstafa rayon Gənclər və İdman idarəsi tərəfindən Gənclər mərkəzində "Heydər Əliyev siyasi məktəbini öyrənirik kursunun "Heydər Əliyev və  hərbi vətənpərvərlik tərbiyəsi " mövzusunda məşğələsi keçirmişdir. Tədbirdə Ulu Öndərin hərbi vətənpərvərlik tərbiyəsi işinin yüksəldilməsi sahəsində yaratdığı böyük proqram və layihələrin bu gün   Azərbaycan gəncliyinin həyatındakı  rolundan geniş danışıldı.
        Tədbirdə və Gənclər İdman idarəsinin və rayon təhsil şöbəsinin nümayəndələri iştirak etmişdir. Yeniyetmə və gənclərdə hərbi vətənpərvərlik tərbiyəsi işinin yüksəldilməsini özündə əks etdirən sənədli film izlənilmiş mövzu ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

            Tədbirin sonunda   hərbi idman oyunlarında fərqlənən bir qrup gənclər  Ağstafa rayon Gənclər və İdman idarəsi  tərəfindən fəxri fərmanlarla təltif olundular .

Keçidlər