Poylu kəndində səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev noyabr ayının 8-də rayonumuzun Poylu kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Poylu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xəlil Nəsibov Poylu kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Allahverdi Bayramov Ağstafa Qaz İstismar idarəsi tərəfindən abonentlərə borc yazılması barədə danışdı.
2. Məmləkət Fətəliyeva gənclərin idmanla məşğul olması üçün İdman kompleksinin inşa edilməsini təklif etdi.
3. Qasım Əhmədli Poylu qəsəbə ərazisinə bitişik olan torpaq sahələrinin Pirili bələdiyyəsinin tabeçiliyində olmasına dair çıxış etdi.
4. Nurəddin Məmmədov Poylu kəndinin içməli su təminatının yaxşılaşdırılmasını xahiş etdi.
5. Valeh Yaqubov Ağstafa şəhərinin kanalizasiya sularının Poylu kəndinin ərazisindən açıq şəraitdə keçməsi ilə yaratdığı antisanitariya vəziyyətinin qarşısının alınması haqda danışdı.
6. Hüseyn Bəndalıyev istifadə etdikləri subartüzian quyusunun işləmə vaxtının artırılmasını xahiş etdiş
7. Xatirə Həsənova Poylu kənd tam orta məktəbin əsaslı təmir edilməsini təklif etdi.
8. Endiryaz Qayıbov kəndin mərkəzi küçəsinə asfalt örtüyünün salınmasına ehtiyac olduğunu qeyd etdi.
9. Akif Ələkbərov Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulmasının vacibliyindən danışdı.
10. Akif Aslanov Səməd Vurğun adına mədəniyət və istirahət parkında əhalinin istirahətini təmin etmək məqsədi ilə oturacaqların sayının artırılmasını təklif etdi.
11. Şahin Əhmədov ərazidə olan bir ədəd subartezian quyusunun elektrik transformatorunun təmir edilməsi qeyd etdi.
12. Alı Bayramov suvarma arxlarına verilən suyun miqdarının artırılmasını xahiş etdi.
13. Həsən Abdullayev Ağstafa çayının sahil hissəsinə yaxın ərazidən qum və xırın daşınması barədə məlumat verdi.
14. Gülgəz Aslanova Poylu kənd mədəniyyət evinin əsaslı təmir edilməsini təklif etdi.
15. Məzahir Kərimov kəndin giriş lövhəsinin tikintisinin başa çatdırılmasından danışdı.
16. Təranə Tanrıverdiyeva Poylu kənd 2 saylı körpələr evi uşaq baxçasının əsaslı təmirə ehtiyac olduğunu qeyd etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. Qeyd edildi ki, hazırda bölgə üçün əhəmiyyətli olan Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yenidən qurulması işləri davam edir. Poylu qəsəbə-Düzqışlaq avtomobil yoluna asfalt örtüyünün salınması və yenidən qurulması işlərinə başlanılması növbəti ildə nəzərdə tutulmuşdur.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.