Prokurorluq işçilərinin peşə günü qeyd olundu.
Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı münasibəti ilə Ağstafa rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirildi. İlk öncə rayon rəhbərliyi və prokurorluğunun əməkdaşları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydu, xatirəsini ehtiramla yad etdilər.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayon prokurorluğunun əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik etdi. Prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi, ölkədə demokratik islahatların həyata keçirilməsində bu orqanın işinin gücləndirilməsi, ictimai-siyasi sabitliyin qorunması və cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının fəaliyyətinin artırılmasında ulu öndər Heydər Əliyevin xidmətləri və cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı qeyd edildi. Cənab Məhərrəm Quliyev rayon prokurorluğunun bir sıra əməkdaşlarını Ağstafa rayonu İcra hakimiyyətinin müvafiq “Fəxri Fərman”ları ilə təltif etdi.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Muzey-Mərkəzinə ekskursiya etdilər.