Şriftin ölçüsü :

Saytın rəngi :

Köhnəqışlaq kəndində növbəti səyyar qəbul-görüş

02 oktyabr 2014 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Köhnəqışlaq   kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Köhnəqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tural Həsənov Köhnəqışlaq kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Nadir Tağıyev kəndin mərkəzində olan subartezian quyusunun təmirə ehtiyac olduğunu qeyd etdi.
2. Arif Abbasov Ağstafa-Köhnəqışlaq avtomobil yolunun əsaslı təmirinin vacibliyindən danışdı.
3. Abbas Nağıyev ona məxsus ot tayasının erməni hərbiçiləri tərəfindən güllə atılması nəticəsində yanmasını qeyd etdi.
4. Musa Qurbanov kəndə verilən təbii qazın təzyiqinin aşağı olması barədə danışdı.
5. Valeh Mədətov təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsinə ehtiyac olduğunu vurğuladı.
6. Əminə Əliyeva kəndin mərkəzi hissəsinə içməli su xəttinin çəkilməsi və su krantının quraşdırılmasını xahiş etdi.
7. Ramin Namazov Ağstafa şəhərində gənclərin idmanla məşğul olması üçün Olimpiya İdman  Kompleksinin inşa edilməsini təklif etdi.
8. Azad Məmmədov kəndin ərazisindəki bir ədəd 10 kilovoltluq elektrik dayağının yenisi ilə əvəz edilməsi barədə danışdı.
9. İsə Orucov ərazidə elektron tipli ATS-in quraşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
10. Bəsti Hüseynova evinin təmirinə köməklik göstərilməsini xahiş etdi.
      Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, cari ildə Ağstafa-Köhnəqışlaq avtomobil yolunun  təmir edilməsi nəzərdə tutulmuşdur.
        Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

 

Keçidlər