5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd olundu
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Ağstafa şəhəri, “Yazıçılar evi”ndə geniş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova ilk öncə bu münasibətlə bütün müəllimləri təbrik etdi. Qeyd olundu ki, ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğısı, bu gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizdə ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmləndirilir, müasir tələblərə cavab verən yeni məktəb binaları tikilib istifadəyə verilir, müəllim və şagirdlərə göstərilən qayğı günü gündən daha da artırılır. L.Eyyubova rayonumuzun təhsil sahəsində görülən işlərdən ətraflı danışaraq qeyd etdi ki, təkcə son üç ildə Ağstafa rayonunda ən yüksək tələblərə cavab verən yeddi yeni məktəb binası tikilərək istifadəyə verilmişdir.
Daha sonra tədbirdə çıxış edənlər Ağstafa rayon Təhsil Şöbəsinin müdiri Fərhad Vəliyev, Ağstafa rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, qocaman müəllim Mahmud Məmmədov və digərləri Ağstafa müəllimləri adından Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Tədbir çay süfrəsi arxasında rayonun mədəniyyət və incəsənət nümayəndlərinin təqdim etdiyi konsert proqramı ilə davam etdirildi.