Qurban bayramı münasibəti ilə sovqatlar paylandı
Dünya müsəlmanlarının mənəvi birlik və bərabərlik rəmzi olan Qurban bayramı münasibəti ilə Ağstafa rayonunda bayram sovqatlarının paylanması oldu.
Rayonun Ermənistanla sərhəddə yerləşən Köhnəqışlaq kənd sakinlərinin hamısına, aztəminatlı ailələrin, Qarabağ müharibəsi və Çernobıl faciəsi əlillərinin, şəhid ailələrinin və Böyük Vətən müharibəsi veteranlarının ailələrinə rayon İcra hakimiyyəti tərəfindən qurban payları verildi. Qeyd olundu ki, qardaşlıq və humanizm hisslərini artıran, xeyirxahlıq, bərabərlik və fədakarlığın simvolu olan Qurban bayramı insanları həmişə sülhə və əmin amanlığa dəvət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu bayramın milli dini bayram kimi qeyd olunmasına diqqəti, xalqımızın firavan həyatı və təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyəti qeyd edildi.
Ümumilikdə rayon üzrə 500 ailəyə qurban payı verildi.