Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin həqiqi hərbi xidmətə çağırılması mərasimi keçirildi

08 oktyabr 2014 | 10:00

Azərbaycan Respublikasının Prezidentinin 10 sentyabr 2014-cü il tarixli 716 nömrəli Sərəncamına uyğun olaraq oktyabr ayının 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb. Bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsində  çağırışçıların həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirildi. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ictimaiyyət nümayəndələri və valideynlər iştirak edirdilər.
Hərbi xidmətə yola salınan gəncləri təbrik edən Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna xidmətlərindən ətraflı danışdı. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan  cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan ordusu günü gündən daha da qüdrətlənir, zabitlərimizə və əsgərlərimizə göstərilən yüksək qayğı daim diqqət mərkəzində  saxlanılır. Ordumuzun müasir hərbi texnika və avadanlıqlarla təchiz edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Tədbirdə digər çıxış edənlərdə hərbi xidmətə yola düşən çağırışçılara uğurlar arzulamaqla yanaşı ölkəmizdə gedən ümumi inkişafdan geniş bəhs etdilər.
Daha sonra rayon mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri konsert proqramı nümayiş etdirildi.
Sonda gənclər Azərbaycan bayrağını öpüb və müqəddəs Quranın altından keçdikdən sonra həqiqi hərbi xidmətə yola salındı.

 

Keçidlər