Şriftin ölçüsü :

Saytın rəngi :

Eynallı kəndində növbəti səyyar qəbul-görüş

09 oktyabr 2014 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Eynallı  kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Eynallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şakir Hüseynov Eynallı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Rəhim Tağıyev Ağstafa-Köçəsgər avtomobil yolunun əsaslı təmirə ehtiyac olduğunu qeyd etdi.

2. Azad Abdullayev Eynallı kənd tam orta məktəbin yaxınlığındakı Ziyalılar istirahət parkında abadlıq işlərinin sürətləndirilməsi barədə danışdı.
3. Mehdi Quliyev həyətyanı torpaq sahəsi ilə təmin edilməsini xahiş etdi.
4. Sevinc Ələsgərova Yeni məhəllədə elektrik təsərrüfatının yaxşılaşdırılmasının vacibliyini vurğuladı.
5. Novruz Məmmədov kənddə poçt şöbəsi üçün yeni binanın inşa edilməsinə ehtiyac olduğunu bildirdi.
6. Cavad Kərimov Ağstafa şəhərində gənclərin idmanla məşğul olması üçün Olimpiya İdman  Kompleksinin inşa edilməsini təklif etdi.
7. Sevda Əsədova kəhrizin ətrafında abadlıq işlərinin aparılması barədə danışdı.
8. Sədayə Hüseynova müalicəsinə köməklik edilməsini xahiş etdi.

9. Şahin Hümbətov Kəndin mərkəzi küçəsinə asfalt örtüyünün salınmasını təklif etdi.

10. Camal Məmmədov Acı dərə adlanan ərazidə suvarma arxının təmizlənməsinə ehtiyac olduğunu qeyd etdi.
      Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, bilik günündə müasir üslubda inşa edilən 300 şagird yerlik Eynallı kənd tam orta məktəbi şagirdlərin istifadəsinə verilmişdir.
        Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər