Şriftin ölçüsü :

Saytın rəngi :

Rəfail Əsədov küçəsində aparılan yenidənqurma işlərinə baxış keçirildi

11 oktyabr 2014 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev şəhərin R.Əsədov küçəsində aparılan yenidənqurma işlərini növbəti dəfə nəzərdən keçirdi.
Tədbirdə rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və şöbə müdirləri iştirak edirdi.
Cənab Məhərrəm Quliyev küçə boyu gəzərək aparılan yenidənqurma, təmir-tikinti işlərinə yerində baxış keçirtdi. Bu işlərin sürətləndirilməsi və keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələrini verdi.

Keçidlər