Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın təmizliyi diqqət mərkəzindədir

11 oktyabr 2014 | 10:00

Bu gün rayonda növbəti genişmiqyaslı təmizlik işləri həyata keçirildi.
Ağstafa şəhərinin prospekt  və  küçələri, rayonda mövcud park və xiyabanlardakı dekorativ yaşıllıq sahələrinə xüsusi qulluq göstərildi.
Yenidənqurma işləri üzrə son tamamlama işləri aparılan Ağstafa şəhəri
R.Əsədov küçəsi boyunca təmizlik, səliqə-səhman işləri görüldü, dekorativ yaşıllıq üçün nəzərdə tutulmuş sahələrə yumşaq torpaq verildi.
Bakı-Qazax avtomobil yolu və dəmiryolu xəttinin  rayon ərazisindən keçən hissələri boyunca səliqə-səhman işləri həyata keçirildi.
Qəsəbə və kəndlərdə kəndarası yollar  və suvarma arxları məişət tullantılarından təmizləndi.

Keçidlər