Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə edildi

14 oktyabr 2014 | 10:00

Bu gün Ağstafa rayon İcra hakimiyyətinin inzibati binasında Ağstafa rayon İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Şuranın gündəliyində duran məsələlər barədə məlumat verdi. Şuranın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1.2014-cü ilin 9 ayı ərzində rayonun sosial-iqtisadi inkişafının yekunları və Ağstafa rayonun sosial-iqtisadi inkişaf proqramının(2014-2018) icrası barədə

2. Rayonda payızlıq əkinlərin aparılması vəziyyəti və bu istiqamətdə yeni texnologiyadan istifadənin artırılması barədə

3. Ağstafa rayonunda yol hərəkəti qaydalarının təhlükəsizliyinin təmin olunması, şəhərdaxili nəqliyyat axınının intensivliyinin daha da artırılması istiqamətində  görülən işlər barədə

4. Rayon əhalisinin qaz, işıq, içməli su və kanalizasiya xidməti ilə fasiləsiz təminatı, onların haqlarının ödənilməsi məqsədi ilə rayon İHB yanında fəaliyyət göstərən qərargahın işinin istiqamətləndirilməsi, vəziyyətin təhlili və müvafiq tədbirlərin görülməsi barədə

Qeyd olundu ki, 2014-cü ilin 9 ayı ərzində respublikanın sosial-iqtisadi inkişafında uğurlu nəticələr əldə edilmişdir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına   həsr olunmuş iclası barədə ətraflı məlumat verdi: “Doqquz ay ərzində ölkəmiz dinamik inkişaf edib, ümumi daxili məhsul 2,5 % artıb, qeyri-neft sektorunda inkişaf  6,0 %,  inflyasiya  cəmi 1,5% səviyyəsində olub, əhalinin pul gəlirləri 5,4% artıb. İlin əvvəlindən ölkəmizin  maliyyə resursları 3 milyard 600 milyon dollar artaraq 53 milyard dollara çatıb.
Ağstafa rayonunda da regionların inkişafı dövlət proqramının həyata keçirilməsi sahəsində həyata keçirilən tədbirlər sayəsində ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul istehsalı 75,3 milyon manat olmaqla sənaye məhsulu istehsalı 4,9 faiz,  kənd təsərrüfatı məhsullarının istehsalı 3,1 faiz, nəqliyyat və rabitə xidmətləri müvafiq olaraq 6,5 və 3,8 faiz artmışdır.
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 21364,3 min manat olmaqla ötən ilin müvafiq dövründən 5.7 faiz çoxdur.  Ötən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 8,1 faiz, ticarət 15,3 faiz  artmış, rayon üzrə nominal əmək haqqında 16, 6 faiz artım əldə olunmuşdur.
9 ay ərzində Ağstafa rayonu ərazisində 621 yeni iş yeri açılmışdır. Bunlarında böyük əksəriyyəti  daimi iş yerləridir.
Şuranın gündəliyində duran digər  məsələlər də ətraflı müzakirə edildi.  Müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinin arayışı dinlənildi.
Şuranın işinə yekun vuran Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qarşıda duran  vəzifələri qeyd edərək ili daha yüksək nəticələrlə başa vurmaq üçün bütün imkanların səfərbər edilməsini tapşırdı.
Şura iclası işgüzar şəraitdə keçdi

Keçidlər