Şriftin ölçüsü :

Saytın rəngi :

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar elmi-praktik konfrans keçirildi

10 noyabr 2012 | 11:00

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar Ağstafa rayonu Heydər Əliyev Mərkəzində elmi-praktik konfrans keçirildi. Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova ilk növbədə dövlət rəmzlərimizə hörmət və ehtiramı əks etdirən bu bayram münasibəti ilə hamını təbrik etdi. Öz çıxışında L.Eyyubova qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixdə imzaladığı müvafiq sərəncama əsasən hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi, bütün dünya azərbaycanlıları üçün müqəddəs bir təqvimə çevrilmişdir. Möhtərəm Prezidentimizin müvafiq tapşırığı əsasında paytaxtımızda dünyanın ən möhtəşəm dövlət bayrağı meydanının inşa edilməsi nəticəsində, Ginnes dünya rekordları təşkilatı Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu bəyan etdi. Rayonumuzda da bu istiqamətdə həyata keçirilən işlər nəticəsində Dövlət bayrağımıza yaraşan Dövlət Bayrağı Meydanı inşa edilmişdir.
Daha sonra Mədəniyyət və Turizm şöbəsinin müdiri Gülgün Kərimov, Heydər Əliyev Mərkəzinin elmi işçisi Layiq Qələndərov, Ağstafa şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi İndira Səmədova, yazıçı-jurnalist Firdovsi Heydərli öz çıxışlarında Azərbaycanın Dövlət Bayrağının ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzi olduğunu qeyd etdilər.
Tədbirin sonunda rayon məktəbliləri tərəfindən Dövlət bayrağımıza aid şeirlərdən ibarət kompozisiya təqdim olundu.
 

Keçidlər