Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa Oyunları Təşkilat Komitəsinin ekspertləri Ağstafada oldular

15 oktyabr 2014 | 10:00

İlk dəfə Azərbaycanda keçiriləcək Avropa Yay Olimpiya Oyunlarında ölkəmizin ərazisində məşəlin aparılması ilə bağlı rayon və şəhərlərin müəyyənləşdirilməsi ilə əlaqədar xarici mütəxəssislərin yerlərə səfərləri çərçivəsində İngiltərəli ekspertlər Ağstafada oldular.
İlk öncə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev xarici qonaqlar Kleyer Osalivan, Madi Cons və Pit Makkaypı  rayon İcra hakimiyyəti başçısı aparatında qəbul etdi. Söhbət əsnasında qeyd olundu ki, ulu öndərimiz  Heydər Əliyevin siyasi kursunu bu gün də uğurla davam etdirən  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səriştəli fəaliyyəti nəticəsində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi sübut etmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Məs bunun nəticəsidir ki, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərarı Avropanın idman-olimpiya ailəsi Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləmişdir.
Sonra cənab Məhərrəm Quliyev və qonaqlar Heydər Əliyev adına mədəniyyət və istirahət parkını, açıq səma altında Tarixi və Müasir Abidələr parkını  ziyarət etdilər.
Daha sonra ekspertlər Bakıda keçiriləcək ilk Avropa Yay Olimpiya Oyunlarının məşəlinin aparılması üçün  rayonun bir sıra yerlərində olaraq  müvafiq  əraziləri müəyyənləşdirdilər.
Ümumilikdə qonaqlar Ağstafada olmaqdan məmnunluqlarını ifadə etdilər.

Keçidlər