Şriftin ölçüsü :

Saytın rəngi :

Gürcüstanın Gəncədəki baş konsulu Ağstafa rayonuna səfər etmişdir

22 oktyabr 2014 | 10:00

    22 oktyabr 2014-cü ildə Gürcüstan Respubikasının Gəncə şəhərindəki baş konsulu Mamika Balavadze Ağstafa rayonunda olmuşdur. Səfər tanışlıq məqsədi daşımışdır.
Qonaq  Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev tərəfindən qəbul edildi. Qarşılıqlı səmimiyyət və anlaşma şəraitində keçən görüşdə Azərbaycan və Gürcüstan Respublikaları arasında dostluq və qardaşlıq ənənələrinin davam etdirildiyi, hər iki respublikanın Cənubi Qafqazda iri kommunikasiya layihələrində ortaq çalışdığı qeyd edildi.
    Daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Ağstafada reallaşdırılmış bir sıra irimiqyaslı infrastruktur layihələrlə yaxından tanış olundu. Belə ki, baş konsul Mamika Balavdze və cənab Məhərrəm Quliyev açıq səma altında Tarixi və Müasir Abidələr parkını, Heydər Əliyev adına mədəniyyət və istirahət parkını, Gənclər Mərkəzini, Heydər Əliyev Mərkəzini, Səməd Vurğun adına mədəniyyət və istirahət parkını, “Yazıçılar evi”ni, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının inzibati binasını ziyarət etdilər. Gəzinti zamanı qonağa  Ağstafada görülmüş və gələcəkdə həyata keçiriləcək növbəti irimiqyaslı infrastruktur layihələr haqqında ətraflı məlumat verildi.
    Ağstafa şəhəri Heydər Əliyev prospektində gəzərkən  qonaq ilə  rayon ağsaqqallarının nümayəndələrinin görüşü oldu. Söhbət zamanı baş konsulu salamlayan rayon ağsaqqalları Azərbaycan və Gürcüstanın tarixən qardaş ölkələr olduğunu, bu gün də bu münasibətlərin dövlətlərimiz tərəfindən uğurla davam etdirildiyinii qeyd etdilər.
     Baş konsul Mamika Balavadze Azərbaycanın bütün bölgələrində olduğu kimi Ağstafa rayonunda inkişafın sürətlə getdiyini və ölkəmizin lider ölkə kimi öz mövqeyini daima gücləndirdiyini bildirdi.

    Səfər xoş təsüratla başa çatdı.

Keçidlər