Şriftin ölçüsü :

Saytın rəngi :

Rəfail Əsədov küçəsində aparılan yenidən qurma işləri başa çatmaq üzrədir

01 noyabr 2014 | 11:00

Son illərdə Ağstafa şəhərinin prospekt və küçələrində aparılan yenidən qurma işləri nəticəsində şəhərin R.Alıcanov, R.M.Rəsulzadə,  20 yanvar, C.Cabbarlı, S.Vurğun, M.Allahverdiyev, N.Nərimanov və diğər küçələri tamamilə yenilənmiş, müasir işıqlandırma sistemləri quraşdırılmış, küçələrə asfalt örtüyü qoyulmuş və səki daşları düzülmüşdür.
Hazırda şəhərin ikinci ən böyük küçəsi olan R.Əsədov küçəsində abadlıq və yenidən qurma işləri sürətlə aparılır. Səkilərə daş düzülür, işıq dirəkləri qoyulur, küçənin əsas hərəkət hissəsi asfalt qoyuluşuna hazırlanır. Küçədə aparılan işlərlə tanış olmaq üçün Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev bu gün həmin küçədə olmuşdur.
Rayon İcra hakimiyyətinin başçısı yerində aparılan işlərin keyfiyyət ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir.
Yaxın günlərdə küçənin istifadəyə verilməsi nəzərdə tutulur.

Keçidlər