5 Mart-Bədən tərbiyəsi və idman günü ilə əlaqədar idman həftəsi çərçivəsində Ağstafa rayonunda silsilə tədbirlər keçirilir
Ağstafada rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə 5 Mart-Bədən tərbiyəsi və idman günü münasibəti ilə silsilə tədbirlər keçirilir.
Ağstafa rayon Uşaq Gənclər İdman Şahmat məktəbində 6,8,10 yaşadək oğlan və qızlar arasında şahmat üzrə Ağstafa rayon birinciliyi keçirilib.
Ağstafa şəhər 2 saylı tam orta məktəbində "İdman məktəblilərin gözü ilə" mövzusunda 8-ci sinif şagirdləri arasında bilik yarışı keçirilib, birinci sinifləri üzrə viktorina təşkil olunub. Bilik yarışmasında məktəblilərin bədən tərbiyəsi və idman haqqında bilikləri yoxlanılıb, onların fikirləri dinlənilib.
Həsənsu kənd tam orta məktəbində şagirdlər üçün respublika üçüncüsü, Uşaq Gənclər İdman Məktəbinin məşqçi müəllimi Tural Nuruyev tərəfindən sərbəst güləş idman növü üzrə master-klas ustad dərsi keçirilib.
Ağstafa şəhər Texniki-Humanitar Təmayüllü liseydə məktəblilər arasında Qol güləşi üzrə birincilik keçirilib. Maraqlı və gərgin idman mübarizəsində ümumilikdə 165 nəfər məktəbli qüvvəsini sınayıb.
Aşağı Göycəli kənd tam orta məktəbində məktəblilər arasında Stolüstü tennis üzrə birincilik keçirilib.
Hər bir idman tədbirinin yekununda qaliblər müvafiq diplom, fəxri fərman və hədiyyələrlə təltif olunurlar.