Şriftin ölçüsü :

Saytın rəngi :

5 oktyabr Müəllimlər Günündə Vətən müharibəsinin könüllü döyüşçüsü, şəhid məktəb direktoru Elvin İmaməliyevin əziz xatirəsi ehtiramla yad edilib

05 oktyabr 2022 | 17:02

Doğma Qırılı kəndində Şəhidimizin ailə üzvlərinin, Ağstafa Rayon İcra Hakimiyyətinin, RİH yanında İctimai Şuranın, rayon Gənclər və İdman İdarəsinin məsul şəxslərinin iştirakı ilə məzarı ziyarət olunub, üstünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Şəhidin atası Elsevər İmaməliyev Vətən uğrunda göstərdiyi sücaət, adı və qanı ilə tarixlərə qəhrəmanlıq nümunəsi ilə dastan yazan oğlu ilə qürur duyduğunu söyləyərək, şəhid ailələrinin üzvlərinə göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Bir daha xatırladaq ki, 09.05.1989-cu il tarixində Ağstafanın Qırılı kəndində dünyaya göz açan Elvin İmaməliyev Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin direktoru idi. Vətənə, torpağa olan sonsuz sevgisi onun 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü olaraq döyüşməsinə sövq etdi. “Vətən uğrunda”, “Cəsur döyüşçü” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunan şəhidimizin özündən sonra iki oğul övladı yadigar qaldı.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər