12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü ilə əlaqədar təbir
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü ilə əlaqədar Ağstafa rayonu Heydər Əliyev Mərkəzində elmi-praktik konfrans keçirildi. Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini- ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova açaraq qeyd etmişdir ki, Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə keçirilmiş ümumxalq səsverməsi referendumunda qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasının respublikamızın hüquqi, demokrtaik dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatlarını hakmiyyətin və dövlətin əsaslarını müəyyən etməklə və ən yüksək hüquqi qüvvəyə malik olmaqla hüquq sisteminin bünövrəsini təşkil etmiş və əsaslı məhkəmə hüquq islahatlarının həyata keçirilməsinə zəmin yaratmışdır. Ulu öndər Heydər Əliyevin sədrlik etdiyi komissiya tərəfindən hazırlanmış Konstitusiya ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı özündə ümumbəşəri dəyərlərlə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin sintezini təşkil edir.
Tədbirdə Ağstafa rayonu icra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Müşviq Hüseynov, yazıçı-jurnlaist Firdovsi Heydərli, Heydər Əliyev Mərkəzinin elmi işçisi Layiq Qələndərov, Qaçaq Kərəm kənd tam orta məktəbinin tarix müəllimi Sevinc Hacıyeva Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının demokratik, hüquqi və dünyəvi dəyərləri barədə çıxış etdilər.