Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayon mədəniyyət evində əsaslı təmir işləri aparılır

11 noyabr 2014 | 11:00

   Ağstafa rayonunda həyata keçirilən geniş miqyaslı tikinti-quruculuq və abadlıq işləri çərçivəsində rayonun mədəniyyət ocaqlarının da əsalı təmiri və yenilərinin tikintisi həyata keçirilir. Hazırda rayonun Dağ Kəsəmən kənd mədəniyyət evinin və Ağstafa rayon mədəniyyət evinin əsalı təmiri işlərinə başlanmışdır.
  Ağstafa rayon mədəniyyət evi 1954-cü ildə inşa olunmuşdur. Ötən dövr ərzində binada əsaslı təmir və yenidən qurma işləri aparılmadığından mədəni-kütləvi tədbirlərin keçirilməsinə şərait yox idi. Təsadüfi deyildir ki, son illərdə rayonda rəsmi və  mədəni-kütləvi tədbirlər Heydər Əliyev Mərkəzində və ya Yazıçılar evində keçirilir. Ağstafa rayon mədəniyyət və turizm şöbəsinin inzibati binası kimi də rayon mədəniyyət evinin binası iş yeri üçün də münasib deyildi.
  Hazırda mədəniyyət evinin binasında əsalı təmir və yenidənqurma işləri başlanılmışdır.Binada yeni işıqlandırma, ventilyasiya  və isitmə sistemləri qurulur. Səhnədə müasir avadanlıqlar qoyulması və  komfort akustika sahəsinin yaradılması, zalda ən müasir oturacaqların quraşdırılması nəzərdə tutulmuşdur. Binanın fasad hissəsi irəli çəkilərək daha da əzəmətli görünməsi təmin ediləcəkdir.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun 2014-cü il tarixli ”Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə Ağstafa rayon mədəniyyət evinin əsaslı təmiri  məqsədi ilə vəsait ayrılmışdır.

Keçidlər