Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyənin Gəncə baş konsulu Ağstafada oldu

03 noyabr 2014 | 11:00

   Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulu Orhan İşık Ağstafa rayonunda səfərdə olmuşdur. Səfər rayonla tanışlıq məqsədi daşımışdır.
Türkiyə Respublikasının diplomatı Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev tərəfindən qəbul edilmişdir. Qarşılıqlı anlaşma və səmimiyyət şəraitində keçirilən görüşdə Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərindən, beynəlxalq aləmdə hər iki dövlətin bir sıra məsələlərdə eyni mövqedən çıxış etməsi qeyd olundu.
Ağstafa rayonunun tarixi, mədəniyyəti, iqtisadiyyatı və sosial-iqtisadi inkişafı barədə qonağa ətraflı məlumat verən cənab Məhərrəm Quliyev son illərdə rayonda aparılan tikinti-quruculuq, abadlıq işləri və yeni layihələr barədə məlumat verdi.
   Ali qonaq görülən işlərlə bağlı öz məmnunluğunu bildirdi.

Keçidlər