Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhəri 20 Yanvar küçəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüş

05 noyabr 2014 | 11:00

   Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa şəhəri 20 Yanvar küçəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirdi.
   Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
   Əvvəlcə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman Hacıyev Ağstafa şəhəri barədə iclas iştirakçılarına geniş məlumat verdi. Şəhərdə son zamanlarda görülmüş işlər, elektrik enerjisi, təbii qaz, içməli su təminatı, aparılmış quruculuq və abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Şaiq Əliyev 20 yanvar küçəsindəki 14, 16, 18 saylı çoxmənzilli yaşayış binalarının pilləkan qəfəsələrinin təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
2. Zərifə Cəfərova mənzilinin təmirinə köməklik edilməsini xahiş etdi.
3. Məlahət Yusifova rayon Mədəniyyət evinin əsaslı təmirinin vacibliyindən danışdı.
4. Abdulla Abdullayev yaşayış binalarının həyətinə yığılan yağış sularının kənarlaşdırılması üçün köməklik edilməsini xahiş etdi.
5. Elnur Cürənli Ağstafa şəhərində müasir üslubda musiqi məktəbinin inşa edilməsini təklif etdi.
6. Zenfira Fəzəlizadə rayon doğum şöbəsinin və poliklinika bölməsinin təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
7. Mətləb Sadıqov Əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması üçün şəhərdə müasir üslubda yeni səhiyyə kompleksinin inşa edilməsini təklif etdi.

8. İradə Hüseynova hər üç yaşayış binalarının içməli su və kanalizasiya şəbəkəsinə qoşulmasının vacibliyindən danışdı.
9. Həsən İsmayılov yaşayış binalarından 20 yanvar küçəsinə çıxan piyada keçidlərinin asfaltlanmasını xahiş etdi.
10. Ərazim Rəhimov hər üç yaşayış binalarının həyətinin abadlaşdırılması barədə danışdı.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. Qeyd edildi ki, hazırda Ağstafa şəhərində tikinti, quruculuq və abadlıq işləri davam etdirilir. Belə ki, Ağstafa şəhərində kommunal şəraiti dözülməz olan ailələr üçün16 və 88 ailəlik yaşayış kompleksi tikilərək sakinlərin istifadəsinə verilmişdir. Eyni zamanda R.Əsədov küçəsində 100 yerlik müsir üslubda uşaq baxçası üçün binanın inşası davam etdirilir. Ağstafa şəhərində müasir üslubda musiqi məktəbinin inşası ilə əlaqədar layihələndirmə işləri yekunlaşmaq üzrədir.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər