Ağstafa rayonunda ağacəkmə kampaniyası başlandı
Son illərdə Ağstafa rayonunda yeni yaşıllıqların salınması və ağac əkini ənənə halını almış, rayon mərkəzində və Bakı-Qazax yolunun Ağstafa şəhərindən keçən hissəsində xeyli sayda ağac əkilmişdir. Cari ilin payız mövsümündə rayonda yeni ağac əkini kampaniyasına başlanılmışdır. Rayonun müvafiq təşkilatları tərəfindən əvvəlcədən geniş hazırlıq işləri aparılmış, yeni tinglər və ağac kolları əldə olunmuş və çalalar qazılmışdır. Rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat, bələdiyyə və rayon sakinləri bu işə cəlb olunmuşlar.
Bu gün Bakı-Qazax yolunun 458-ci km-də və rayon ərazisində 500 ədəd yeni ağac əkini aparılmış, mövcud yaşıllıqlara quluq göstərilmişdir.
Rayonda payız mövsümündə yeni ağacların əkilməsi və yaşıllıqlara qulluq edilməsi mütəmadi davam etdiriləcəkdir.