Şriftin ölçüsü :

Saytın rəngi :

"Uşaqlar müharibə və hərbi münaqişələr şəraitində" mövzusunda dəyirmi masa keçirildi

07 noyabr 2014 | 11:00

Ağstafa rayon İcra hakimiyyəti başçısının 2014-cü il 20 oktyabr tarixli, 241 saylı Sərəncamı ilə təsdiqlənmiş "Uşaq hüquqları aylığı"nın keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanmışdır.  Tədbirlər planı çərçivəsində rayon Təhsil Şöbəsi,  rayon Gənclər və İdman idarəsi ilə birgə "Uşaqlar müharibə və hərbi münaqişələr şəraitində" mövzusunda dəyirmi masa təşkil olundu. Tədbir rayon Təhsil Şöbəsinin konfrans zalında keçirildi.
Maraqlı fikir mübadiləsi şəraitində keçən dəyirmi masada rayon məktəbliləri mövzuya öz sərbəst münasibətlərini bildirdilər. Çıxış edən şagirdlər dünyada baş verən münaqişələri, şiddətləri pislədilər, günahsız dinc insanların, uşaqların müharibələrdə həyatlarının itirmələrinə son qoyulmasını istədiklərini qeyd etdilər.

Keçidlər