Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi istifadəyə verildi

07 noyabr 2014 | 11:00

Ağstafa rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi - Şəmkir sərhəd dəstəsinin «Ağgöl» sərhəd komendantlığı və təlim mərkəzi xidməti-döyüş fəaliyyətinə başlayıb.
Hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasına həsr olunmuş təntənəli mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev, Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev iştirak etmişdir.  Hərbi hissə komandiri polkovnik S.Cəfərov sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyəti haqqında məruzə etdi. Bundan sonra çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev hərbi hissədə aparılan tikinti quruculuq işlərinin Azərbaycan    Respublikasının Prezidenti Silahlı Qüvvələrin Аli Baş Komandanı  İlham Əliyevin bilavasitə tapşırığı əsasında həyata keçirilməsini və sərhəd mühafizəsi infrastrukturunun gücləndirilməsi məsələlərinə ali diqqətin növbəti ifadəsi olmasını vurğulayıb.
Mərasimdə taktiki təlimlər zamanı fərqlənən hərbi qulluqçulara medallar, fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev yeni hərbi hissənin qərargah binasına, tibb məntəqəsinə, əsgər kazarmasına və yeməkxanasına, hamam-camaşırxana kompleksinə və anbarlara, avtomobil park kompleksinə, silah və texnikaya baxış keçirdilər.
Ümumi ərazisi 12,8 hektar, tikinti sahəsi 8,7 hektar olan hərbi hissədə 16 ədəd bina, о cümlədən 56 xidməti mənzil, qərargah binası, 300 nәfərlik əsgər kazarması, yeməkxana, hamam-camaşırxana kompleksi, təminat anbarları, tibb məntəqəsi, texniki binalar, idman şəhərciyi, futbol və mini-futbol meydançaları, 300 kubmetrlik içməli su anbarı və 200 kubmetrlik yanğına qarşı su anbarı inşa olunub.

Keçidlər