9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi
07 noyabr 2014-cü il tarixdə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir. Konfransı giriş nitqi ilə açan Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova məruzə ilə çıxış edərək bildirdi ki, 1918-ci il 9 noyabr tarixdə Azərbaycanın üçrəngli bayrağı Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə qəbul olunmuşdur. 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilmişdir. Üçrəngli bayrağımız ilk dəfə 1990-cı il noyabrın 17-də ulu öndərimiz Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. 2007-ci ilin noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişinə əsasən dünyanın ən hündür bayrağının dalğalandığı Dövlət Bayrağı Meydanı yaradılmışdır.
Konfransda şəhər 2-saylı tam orta məktəbin tarix müəllimi Sevda Əliyeva, Heydər Əliyev Muzey Mərkəzinin direktoru Laiq Qələndərov və Poylu qəsəbə kənd tam orta məktəbinin tarix müəllimi Saqif Qurbanov geniş məruzə ilə çıxış etmişlər.