Şriftin ölçüsü :

Saytın rəngi :

Cari tədris ilində “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusu üzrə dərslərin tədrisinə başlanıldı

07 noyabr 2014 | 11:00

   Cari tədris ilində Ağstafa rayonu Heydər Əliyev Muzey-Mərkəzində rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusu  üzrə dərslərin tədrisinə başlanıldı. Dərslər təsdiq olunmuş qrafikə uyğun olaraq aparılır. Seçilmiş mövzular müstəqil Azərbaycan Respublikasının tarixini tam əhatə edir. Dərslərin yüksək səviyyədə tədris olunması üçün peşəkarlığı, elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən rayonun qabaqcıl tarix müəllimləri müəyyənləşdirilmişdir. Hər mövzunun tədrisinə iki akademik saat vaxt ayrılmışdır. Təsdiq olunmuş qrafikə əsasən dərslər may ayında  yekunlaşacaqdır.
    7 noyabr 2014-cü il tarixdə keçirilən dərsdə Dağkəsəmən kənd 1 saylı və Köçəskər kənd 1 saylı tam orta məktəblərinin 11- ci sinif şagirdlər iştirak etmişlər. Cari tədris ilində ilk dərsi  Ağstafa şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi  Qurbanova İradə Baratəli qızı tərəfindən tədris edilmişdir.

Keçidlər