Rayon İcra hakimiyyəti başçısı yanında şuranın geniş iclası keçirilmişdir
14 noyabr 2012-ci il tarixdə Ağstafa rayonu İcra hakimiyyətində “Qanunvericiliyə müvafiq olaraq ticarət, iaşə, məişət xidməti müəssisələrinin fəaliyyəti və əhaliyə bu xidmətin təşkili, ərzaq məhsullarının keyfiyyətinə nəzarətin gücləndirilməsi süni qiymət artımına qarşı mübarizə sahəsində görülən işlər barədə” və “Rayonda çağırışçı gənclərin həqiqi hərbi xidmətə çağırılması və yola salınmasının vəziyyəti, bu sahədə inzibati ərazi nümayəndəliklərinin fəaliyyəti haqqında” Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi.
İclası giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq gündəlikdə duran məsələlər barəsində danışdı.
İclasda Ağstafa rayonu İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov və başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev məruzə ilə çıxış etdilər. Məruzələrdə istehsal olunan keyfiyyətsiz mallara, o malları istehsal edənlərə qarşı sərt cəza tədbirlərinin görülməsi və istehlak qiymətlərinə nəzarət etməklə süni qiymət artımının qarşısının alınması barəsində ətraflı məlumat verildi, mövcud problem və nöqsanlara da toxunuldu.
İclas işgüzar şəraitdə keçdi. İnsan həyatı və sağlamlığına təhlükə yaradan qida məhsulları istehsalçılarına qarşı ciddi tədbirlərin görülməsi qeyd olundu.