12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd olundu
12 noyabr 2014-cü il tarixdə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan respublikasının Konstitusiya Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini -İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova açaraq bildirdi ki, memarı ulu öndər Heydər Əliyev olan Azərbaycan respublikasının konstitusiyası 1995-ci ildə qəbul olunmuşdur. Müstəqil Azərbaycan respublikasının ilk konstitusiyası Azərbaycan respublikasının dövlət quruculuğunun əsasını qoydu. Azərbaycan respublikasının konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
Sonra rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, şəhər 1-saylı tam orta məktəbin tarix müəllimləri Quliyev Akşin , Səmədova İndira, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Turan Hüseynov çıxış etmişlər.