Ağstafada “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir
12 noyabr 2014 | 11:00
Rayon İcra hakimiyyəti başçısının 20 oktyabr 2014-cü il tarixli 241 saylı sərəncamına əsasən “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir.
12 noyabr 2014-cü il tarixdə Ağstafa şəhər 1 saylı körpələr evi –uşaq bağçasında Hüseyn Arif adına yeddi illik Uşaq Musiqi məktəbinin müəllim və şagirdlərinin hazırladığı konsert proqramı keçirilmişdir. Tədbirdə Ağstafa şəhər körpələr evi-uşaq bağçalarının uşaqları iştirak edirdi. Uşaqların böyük sevincinə səbəb olan tədbirdə uşaqların ifasında vətənpərvərlik və dövlətçilik mövzusunda şeir və mahnılar səsləndirildi, əyləncəli səhnəciklər və rəqslər nümayiş etdirildi.