Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Ağstafa şəhər Musiqi və İncəsənət Mərkəzinin təməlqoyma mərasimi keçirildi

13 noyabr 2014 | 11:00

  Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, başçını müavinləri, RİHB aparatının şöbə müdirləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
  Tədbiri giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açdı. Qeyd olundu ki, son dövrlərdə Ağstafa rayonunda geniş miqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılmışdır. Ağstafa şəhərində bir sıra yeni sosial obyektlər, yaşayış binaları tikilmiş, şəhərin prospekt və küçələrində yenidənqurma və abadlıq işləri aparılmışdır. Həmin tikintilərlə yanaşı olaraq rayonun mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi də diqqət mərkəzində saxlanılmışdır. Qəzalı və yararsız binada yerləşən Ağstafa şəhər Musiqi məktəbinin yeni binaya köçürülməsi illərlə qarşıda duran əsas məsələlərdən biri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyun, 2014-cü il tarixli Sərəncamı ilə yeni Musiqi və İncəsənət Mərkəzinin tikilməsi bu problemi həll etdi. Bildirildi ki, yeni bina ilə yanaşı incəsənət parkının yaradılması, ərazidə geniş sahədə yaşıllığın salınması və yeni təhsil və istirahət zonasının yaradılması nəzərdə tutulur. Yeni musiqi və incəsənət mərkəzinin binasında fərdi və qrup məşğələ otaqları, xor və orkestr zalı, muğam və zərb alətləri otaqları olacaqdır. Binada inzibati otaqlar, yeməkxana, akt zalı və qrim otaqlarının olması da nəzərdə tutulur. Binada müasir  avadanlıqlarla təmin olunmuş və akustika şərtlərinə cavab verən konsert zalı da olacaqdır.
   Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, rayon ağsaqqalları Valeh Yaqubov, Mahmud Məmmədov Ağstafa şəhərində yeni Musiqi və İncəsənət Mərkəzinin tikintisi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə bütün ağstafalılar adından cənab Prezidentə dərin minnətdarlıqlarını bildirdilər. Şəhər Musiqi məktəbinin müəlliməsi Elmira Bilalova yeni binada daha uğurlu fəaliyyət göstərəcəklərini qeyd etdi. Layihənin memarı Cahid Həsənov və tikintini aparan “Ağstafa Sutikinti” ASC-nin sədri Vaqif Abdullayev yeni mədəniyyət ocağının tikintisi ilə bağlı bütün ağstafalıları təbrik etdilər.
   Daha sonra rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Musiqi və İncəsənət Mərkəzinin təməli qoyuldu.

Keçidlər