Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada növbəti ağac əkmə kampaniyasında daha 1350 ədəd ağac əkildi

15 noyabr 2014 | 11:00

Bu gün Ağstafa rayonu ərazisində növbəti genişmiqyaslı ağac əkmə kampaniyası keçirildi. Ağstafa şəhəri Hüseyn Arif və yenidən qurulan Rəfail Əsədov küçələrində, ümumilikdə rayon ərazisində 1350 ədəd yeni ağacın əkilməsi təmin edildi.  Yaşıllıq sahələrinə xüsusi qulluq göstərildi. Əkilən hər bir ağac müvafiq qaydada suvarıldı. Kampaniyada Ağstafa rayonunun idarə, müəssisə və təşkilat kollektivləri eləcə də, könüllü qaydada bir sıra rayon sakinləri iştirak edirdi.
Növbəti günlərdə kütləvi qaydada yeni ağacların əkilməsi işləri davam etdiriləcəkdir.

Keçidlər