Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərində səyyar qəbul-görüş

15 noyabr 2012 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev noyabr ayının 14-də Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsi 92 saylı beşmərtəbəli yaşayış binasının sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman Hacıyev Ağstafa şəhəri barədə iclas iştirakçılarına geniş məlumat verdi. Şəhərdə son zamanlarda görülmüş işlər, elektrik enerjisi, təbii qaz, içməli su təminatı, aparılmış quruculuq və abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Cavanşir Qocayev 92 saylı yaşayış binasının dam örtüyünün təmirinin tez başa çatdırılması haqqında çıxış etdi.
2. Vaqif Məhərrəmov işlə təmin olunmasını xahiş etdi.
3. Zəlimxan İsmayılzadə 92 saylı yaşayış binasının həyətinə asfalt örtüyün salınmasına ehtiyac olduğunu qeyd etdiı
4. Əlislam Salahov rayon mərkəzindəki dəmiryolu və 110/35/10 kv yarımstansiyalarının, yüksək gərginlikli elektrik xətlərinin şəhərin kənarına çıxarılmasını təklif etdi.
5. Nailə Musayeva 92 saylı yaşayış binasının bloklarının təmir edilməsini xahiş etdi.
6. Natiq Xəlilov Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
7. Aybəniz Əhmədova 92 saylı yaşayış binasının fasadının təmirindən danışdı.
8. Solmaz Bağırova Hüseyn Arif adına Ağstafa 7 illik uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi və musiqi alətləri ilə təmin edilməsini təklif etdi.
9. Abuzər Səmədov binanın həyətindən məişət tullantılarının vaxtında daşınmasının təmin edilməsindən danışdı.
10. Fərman Əhmədov M.Ə.Rəsulzadə küçəsinə asfalt örtüyünün salınmasını təklif etdi.
11. Səbuhi Keçəlov ərazidə bir ədəd bankomatın quraşdırılmasını təklif etdi.
12. Sürəyya Məhərrəmova şəhərin mərkəzi küçələrinə içməli su krantlarının quraşdırılmasını xahiş etdi.
13. Oruc Abadov binaya verilən içməli suyun vaxtının artırılmasından danışdı.
14. Həsən Hüseynov M.Ə.Rəsulzadə küçəsinə işıqforun və yeni yol nişanlarının quraşdırılmasını təklif etdi.
15. Sədaqət Salıfova şəhərdə aparılan kanalizasiya sisteminin və içməli su şəbəkəsinin yenidən qurulması işlərinin tezləşdirilməsi barədə çıxış etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. Qeyd edildi ki, hazırda Ağstafa şəhərində tikinti, quruculuq və abadlıq işləri davam etdirilir. Belə ki, Ağstafa şəhərində kommunal şəraiti dözülməz olan ailələr üçün 86 mənzilli bütün lazımi avadanlıqlarla təmin olunacaq binaların tikintisi sürətlə davam etdirilir, M.Ə.Rəsulzadə küçəsində quruculuq işləri başa çatmaq üzrədir. Artıq həmin küçəyə asfalt örtüyünün salınmasına başlanılmışdır.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
 

Keçidlər