Şriftin ölçüsü :

Saytın rəngi :

İntellektual oyunlar” bilik yarışmasına start verildi

17 noyabr 2014 | 11:00

   Ənənəvi olaraq hər il   Heydər Əliyev Mərkəzində keçirilən “İntellektual oyunlar” bilik yarışmasının bu ilki mərhələsinə start verildi.
   Bilik yarışmasını keçirməkdə məqsəd rayonun yeniyetmə və gənclərinin intellektual səviyyəsini yüksəltmək, milli vətənpərvərlik hissini gücləndirmək, milli-mənəvi dəyərlər və tariximiz haqqında  daha geniş biliklərə sahib olmaqdan ibarətdir.
   Yarışda Ağstafa rayonunun 36 ümumtəhsil məktəbinin komandası iştirak edir. Komandalar püşkatma əsasında qruplara bölünmüşdür. Hər həftə bir qrupun oyunlarının keçirilməsi nəzərdə tutulmuşdur.
   Bu gün  “A” və “B” qruplarında keçirilən yarışda Ağstafa şəhər 2 saylı, Soyuqbulaq qəsəbə, Qaçaq Kərəm və Pirli kəndlərinin tam orta məktəblərinin komandaları qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmışlar.

Keçidlər