Şriftin ölçüsü :

Saytın rəngi :

Düzqışlaq kəndində növbəti səyyar qəbul-görüş

27 noyabr 2014 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Düzqışlaq  kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Düzqışlaq  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsən Tağıyev Düzqışlaq kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Bildirildi ki, Düzqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Düzqışlaq və Kolayır kəndlərini əhatə edir. Kənddə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Gözəl Abbasova Düzqışlaq kəndindən Ağstafa şəhərinə marşrut avtobusunun açılmasını xahiş etdi.
2. Lalə Məmmədova kəndə verilən təbii qazın təzyiqinin aşağı olması barədə danışdı.
3. Kəmalə Bayramova mənzilinə elektrik xəttinin çəkilməsini xahiş etdi.
4. Firudin Ramazanov Yeni məhəllədə olan elektrik transformatorun yenisi ilə əvəz edilməsinə ehtiyac olduğunu qeyd etdi.
5. Minayə Mustafayeva Kolayır kəndində ibtidai məktəb üçün yeni binanın inşa edilməsini təklif etdi.
6. Telman Abbasov təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsinin vacibliyindən danışdı.
7. Vəliyət Yusifov müalicəsinə köməkdarlıq edilməsini xahiş etdi.
8. Telman Kazımov Yeni məhəllədə yolun təmir edilməsinə ehtiyac olduğunu vurğuladı.
.9. Xədicə Mustafayeva əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması üçün şəhərdə müasir üslubda yeni səhiyyə kompleksinin inşa edilməsini təklif etdi.

10. Rizvan Bəxtiyarov kənd stadionunun ətrafının metal torla hasara alınmasına ehtiyac olduğunu bildirdi.
      Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, növbəti ildə Kolayır kəndində ibtidai məktəb üçün yeni binanın inşa edilməsi nəzərdə tutulmuşdur.
        Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər