Şriftin ölçüsü :

Saytın rəngi :

JAM.AZ . saytına təkzib

27 noyabr 2014 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Ağstafa rayonunun son illərdə sürətli sosial-iqtisadi inkişafı, ildən-ilə genişlənən abadlıq və quruculuq işləri, yeni-yeni sosial obyektlərin tikilməsi sözün əsl mənasında bu rayonunu simasını tamamilə dəyişdirmişdir. Sakinlərin rahat həyat sürməsi, daha firavan yaşaması üçün Ağstafa rayonunda  yaradılan şərait hamının sevincinə səbəb olmuşdur. Son illərdə Ağstafa rayonunda əldə edilən uğurlar rəsmi informasiya vasitələrində  öz əksini tapsa da bəzi “sayt”lar şəxsi maraqlarının qarşılığını ala bilmədikləri halda rayon rəhbərliyində təmsil olunan vəzifəli şəxslər barədə qərəzli, böhtan və yalan məlumatlar yaymaqla iyrənc hərəkətlərə yol verirlər.
Belə ki, jam.az saytında 27 noyabr 2014-cü il tarixində “Ağstafa İcra Hakimiyyətində qalmaqal: “Qapını mıxlatdırarıq” adlı başdan ayağa böhtan olan yazı çap edilmişdir. Məqalədə qeyd olunan məsələlər kimlərinsə xəyal gücünün ifadəsidir və Ağstafa Rayon İcra Hakimiyyətində heç bir qalmaqal baş verməyib və baş verməsi üçündə şərait yoxdur.
Həmin saytda bundan əvvəldə Ağstafa rayonu haqqında reallıqdan uzaq və yalan məqalələr çap edilmişdir. Jam.az saytında dərc olunan yazıda qeyd olunan bütün halları qətiyyətlə rədd edir və bir daha bildiririk ki, Ağstafa Rayon İcra Hakimiyyətində normal işgüzar, qarşılıqlı hörmətə və etimada əsaslanan iş mühiti vardır.

Keçidlər