"Müharibə şəraitində informasiya təhlükəsizliyi" mövzusunda tədbir keçirildi
27 noyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik Fondu”nun təşkilatçılığı ilə "Müharibə şəraitində informasiya təhlükəsizliyi" mövzusunda şəhər 1 saylı tam orta məktəbdə tədbir keçirilmişdir.
Tədbirdə 30 noyabr “Beynəlxalq İnformasiya təhlükəsizliyi günü” ilə əlaqədar Fond tərəfindən ezam edilmiş "Аргументы и факты" və "Комсомольская правда" həftəlik qəzetinin Azərbaycan respublikası üzrə redaktor müavini Eldar Həsənov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 24 sentyabr 2014-cü il tarixdə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında müvafiq Sərəncam imzalamışdır. Bəzi kütləvi İnformasiya vasitələrində Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirən informasiyaların yerləşdirilməsi milli mənafeyimizə uyğun deyildir. Bu sahədə əhali arasında təbliğat və izahat işlərinin aparılması mühüm məsələlərdən biridir.
Tədbirdə şagirdlərin bu məsələ ilə bağlı sualları cavablandırıldı.
Tədbir iştirakçıları sonda Ağstafa şəhəri “Tarixi və Müasir Abidələr” parkına ekskursiya etdilər.