Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı yanında Şuranın növbəti geniş tərkibdə iclası keçirildi. Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyəti aparatının şöbə müdirləri və rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri iştirak edirdi.
Şura iclasına sədrlik edən cənab Məhərrəm Quliyev müzakirəyə çıxarılan məsələlərin əhəmiyyəti barədə ətraflı məlumat verdi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin “Şəhər, rayon İcra hakimiyyəti başçılarının ictimai-siyasi və humanitar məsələlər üzrə müavinlərlə seminar-müşavirəsinin keçirilməsi haqqında” 11.10.2014-cü il tarixli, 120 nömrəli Sərəncamı ilə 28-30 oktyabr 2014-cü il tarixdə Bakı şəhərində keçirilmiş seminar-müşavirədə göstərilən tapşırıq və tövsiyyələrin icrası barədə, rayonda ictimai təşkilatlar siyasi partiyalarla və kütləvi informasiya vasitələri ilə aparılan işin qanunauyğun tənzimlənməsi, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrasının, dini tolerantlığın təmin olunması barədə RİH başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, Rayonda iri fermer təsərrüfatlarının yaradılması və mövcud torpaq fondundan səmərəli istifadə sahəsində işlərin vəziyyəti barədə RİH başçısının müavini Aqrar məsələlər şöbəsinin müdiri R.İmanov, Sənədlərlə işə dair Təlimatın tələblərinə əməl olunması və vətəndaş müraciətlərinə baxılması haqqında 2014-cü ilin yanvar ayından noyabr ayınadək olan dövr ərzində görülən işlər və bələdiyyələrlə əlaqəli işin təşkili barəsində Poylu qəsəbə və Xətai kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin hesabatlarının dinlənilməsi barədə RİH başçısı aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ş.Qurbanov, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın icra vəziyyəti barədə RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi E.Hacıyev ətraflı çıxış etdilər.
Müzakirə olunan məsələlər barəsində müvafiq idarə və təşkilat rəhbərlərinin arayışı dinlənildi.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərin həlli ilə əlaqədar olaraq öz tövsiyə və tapşırıqlarını verdi.
Şura iclası işgüzar şəraitdə keçdi.