Şriftin ölçüsü :

Saytın rəngi :

3 dekabr - Beynəlxalq Əlillər Günü qeyd olundu

03 dekabr 2014 | 11:00

Tədbiri giriş sözü ilə RİH başçısının müavini-ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova açaraq tədbir iştirakçılarını 3 dekabr- Beynəlxalq Əlillər günü münasibəti ilə təbrik etdi.
        L.Eyyubova bildirdi ki, ölkəmizdə dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, onların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsi cənab prezident İlham Əliyevin də daima diqqət mərkəzindədir. Dövlət başçısının əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. .Prezident İlham Əliyevin müvafiq Fərman və Sərəncamlarına əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də hər il artırılır. Pensiya islahatları çərçivəsində ölkədə sığorta-pensiya sisteminin inkişafına dair 2009-2015-ci illəri əhatə edən Dövlət Proqramı qəbul edilib.
         Sonra QMƏVŞAİB-in rayon şöbəsinin sədri Yaqub İsmayılov, Rayon Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli çıxış edərək əlillərə göstərilən dövlət qayğısına görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
         Tədbirin sonunda  3 dekabr “Beynəlxalq Əlillər günü” ilə ilə əlaqədar konsert proqramı təqdim olundu.

Keçidlər