Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada növbəti ağacəkmə aksiyası və genişmiqyaslı təmizlik işləri həyata keçirildi

06 dekabr 2014 | 11:00

Ağstafada yeni yaşıllıqların salınması, mövcud yaşıllıqların qorunması və rayonun təmizliyi daim diqqət mərkəzindədir.
Bu gün rayonun idarə, müəssisə və təşkilat kollektivlərinin iştirakı ilə bu istiqamətdə növbəti genişmiqyaslı tədbir keçirildi. Belə ki, Ağstafa şəhəri Hüseyn Arif küçəsi boyunca yeni ağaclar əkildi, şəhərin prospekt və küçələri boyunca salınmış yaşıllıqlara xüsusi qulluq göstərildi. Bakı-Qazax avtomobil yolunun və dəmiryolu xəttinin rayon ərazisindən keçən hissələri boyunca təmizlik işləri görüldü.
Qəsəbə və kəndlərdə keçirilən iməclikdə kəndarası yollar və suvarma arxları məişət tullantılarından təmizləndi.

 

Keçidlər