Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon mədəniyyət işçiləri Ulu Öndər Heydər Əliyevi andılar

06 dekabr 2014 | 11:00

06 dekabr 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində rayon mədəniyyət işçilərinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.

  Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət muzeyi ziyarət etdilər. Daha sonra “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Gülgün Kərimov geniş məruzə ilə çıxış etdi. Böyük siyasətçinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Heydər Əliyev Mərkəzinin direktoru Laiq Qələndərli, rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı Göyçək Mahmudova və digərləri tədbir iştirakçılarının qarşısında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı  bəhs etdilər.
Sonda  Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

Keçidlər