Rayon gəncləri Azərbaycan xalqının ümummilli lideri HEYDƏR ƏLİYEVİ andılar
Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Ağstafa rayonunun yeniyetmə və gəncləri Ulu Öndəri andılar. Tədbir rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində keçirildi.
İlk öncə gənclər Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Turan Hüseynov, Heydər Əliyev Mərkəzinin direktoru Layiq Qələndərli, rayon Təhsil Şöbəsinin məsul işçisi Əli Cəfəroğlu, rayonun idman ictimaiyyəti adından Uşaq Gənclər İdman məktəbinin direktoru Elşad Cəfərov çıxış etdilər. Qeyd olundu ki, həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemləri mərdliklə həll edən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır.
Tədbir Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlə davam etdirildi.