ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN VƏFATININ 11-Cİ İL DÖNÜMÜ MÜNASİBƏTİ İLƏ ANIM TƏDBİRİ KEÇİRİLDİ
Bu gün ölkəmizin bütün bölgələrində olduğu kimi Ağstafada da Azərbaycan xalqının xilaskarı, ümummilli liderimiz HEYDƏR ƏLİYEVİN anım günü böyük izdihamla qeyd olundu.
İlk öncə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış abidəsini ziyarət edərək abidə önünə gül-çiçək dəstələri qoymuş, Ümummilli Liderin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin mənalı ömür yolunu və zəngin dövlətçilik ənənələrini əks etdirən sənədli filmi seyr edərək, mərkəzin əməkdaşlarının müşayəti ilə Ulu Öndərimizin həyat və fəaliyyətini əks etdirən fotostendlərdən ibarət muzeyin salonlarına ekskursiya etmişlər.