Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi”nin məlumatlandırma sessiyası keçirilmişdir

15 dekabr 2014 | 11:00

Ağstafa şəhəri Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi”nin məlumatlandırma sessiyası keçirilmişdir.
Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əziz Məsmalıyev açaraq ölkəmizdə qeyri-hökumət təşkilatlarına göstərilən dövlət qayğısı barədə məlumat verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyası”nın qəbul edilməsi barədə 27 iyul 2007-ci il tarixli Sərəncam verildiyini diqqətə çatdıraraq rayonda da bu istiqamətdə görülən işlər barədə danışdı.
Sonra Azərbaycan Resbublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov, Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsinin direktor müavini Vaqif Həsənov və “Sosial Tərəqqi İctimai Birliyi”nin sədri Qalib Nəbiyev çıxış edərək İctimai Şuranın yaradılmasının məqsədi və məramı barədə ətraflı məlumat verdilər.

Keçidlər