Şriftin ölçüsü :

Saytın rəngi :

Köçvəlili kəndində növbəti səyyar qəbul-görüş

18 dekabr 2014 | 11:00

 Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Köçvəlili  kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
     Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
     Əvvəlcə Köçvəlili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Naqif Osmanov Köçvəlili kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər,  elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Rafiq Alıyev Köçvəlili kəndinə təbii qazın verilməsinin vacibliyindən danışdı.
2. Mahirə Əliyeva magistral avtomobil yolundan kəndin mərkəzi hissəsinədək və Köçvəlili kənd tam orta məktəbin qarşısınadək olan yolun təmir edilməsini xahiş etdi.
3. Elmira Əhmədova kəndin içməli su təminatının yaxşılaşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
4. Səbriyyə Hacıyeva qızının müalicəsinə köməklik edilməsini xahiş etdi.
5. Firudin Qurbanov yeni məhəllədə bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
6. İlham İsayev Köçvəlili kəndində yeni tam orta məktəb binasının inşa edilməsini təklif etdi.

7. Pirvəli Omarov pay torpaqlarına gedişin asanlaşdırılması üçün su keçidlərinin quraşdırılmasına ehtiyac olduğunu vurğuladı.
8. Camal Qurbanov (Şəhid atası) odun yanacağı ilə təmin edilməsini xahiş etdi.
9. Tahir Ulfanov təsərrüfatdaxili suvarma arxlarının təmizlənməsinə ehtiyac olduğunu vurğuladı.

10. Pakizə Abdullayeva kənddə yeni körpələr evi uşaq bağçasının inşa edilməsini təklif etdi.

11. Samirə İsmayılova ərazidə olan məişət tullantılarının təmizlənməsi barədə danışdı.
      Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, hazırda Köçvəlili kəndinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar içməli suyun çəkilişinə başlanılıb.
        Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər