Rayon İcra hakimiyyəti başçısı yanında şuranın geniş iclası keçirildi
27 noyabr 2012-ci il tarixdə Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında şuranın geniş iclası keçirildi. Şuranın gündəliyinə “Yelri icra hakimiyyətləri haqqında Əsasnamə” ilə müəyyən olunmuş vəzifələrin icrasına dair, “Rayonun əhalisinə göstərilən səhiyyə xidmətinin vəziyyətinə dair”, “Rayonda fəaliyyət göstərən siyasi partiyalar, ictimai birlik və təşkilatlarla aparılan işlər barədə” məsələlər daxil edilmişdir. İclası giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq “Yelri icra hakimiyyətləri haqqında Əsasnamə” ilə müəyyən olunmuş vəzifələrin icrasının təmin olunması məqsədi ilə idarə, müəssisə və təşkilat rəhbərlərinə öz tapşırıq və tövsiyələrini verdi. Bu sahədə Dövlət İdarəçiliyinin yeni stil və metodlarının tətbiq olunmasının zəruriliyindən danışdı.
Daha sonra rayon İcra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova rayonun əhalisinə göstərilən səhiyyə xidmətinin vəziyyətinə dair, İnformasiya təminatı və təhlil sektorunun müdiri Kamran Abbasov rayonda fəaliyyət göstərən siyasi partiyalar, ictimai birlik və təşkilatlarla aparılan işlər barədə çıxış etdilər. Bu sahədə həyata keçirilmiş tədbrilər müzakirə edildi, aşkar olunmuş problemlərin həlli yolları müəyyənləşdirildi. Hər iki sahədə olan mövcud problemlərin aradan qaldırılması üçün rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev aidiyyəti təşkilat rəhbərlərinə öz tapşırıqlarını verdi.
Tədbrdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov çıxış edərək Şura iclasında müzakirə olunan məsələlərə öz münasibətini bildirdi.