Şriftin ölçüsü :

Saytın rəngi :

Yenidən qurulan Rəfail Əsədov küçəsində son tamamlama işləri aparılır

22 dekabr 2014 | 11:00

Son illərdə Ağstafa şəhərinin prospekt və küçələrində aparılan yenidən qurma işləri nəticəsində şəhərin R.Alıcanov, M.Ə.Rəsulzadə,  20 Yanvar, C.Cabbarlı, S.Vurğun, M.Allahverdiyev, N.Nərimanov və digər küçələri tamamilə yenilənmiş, müasir işıqlandırma sistemləri quraşdırılmış, küçələrə yeni asfalt örtüyü qoyulmuş və səki daşları düzülmüşdür.
Hazırda şəhərin ikinci ən böyük küçəsi olan R.Əsədov küçəsində abadlıq və yenidən qurma işləri sürətlə dava etdirilir və başa çatmaq üzrədir. Səkilərə dekorativ daş düzülmüş və müasir işıq dirəkləri quraşdırılmışdır. Küçənin hər iki tərəfində olan divarlar suvanmış, üzlük bəzək daşları vurularaq  rənglənmişdir. Küçə boyu  divarların üzərinə miniatür örtük qoyulmuşdur. Hazırda küçənin əsas hərəkət hissəsinə asfalt qoyuluşu işləri aparılır. İşin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur.

Keçidlər